İsrailin Baş naziri Benyamin Netanyahu Vashinqtondakı hadisələri qınayıb və ABŞ-da demokratiyanın qalib gələcəyinə ümid etdiyini deyib.

“HaberGlobal”ın məlumatına görə, hökumət başçısı bu barədə ABŞ Maliyyə naziri Stiven Mnuçin ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Kapitolidəki dünənki azğınlıq rüsvayçı bir hərəkət idi və şiddətlə qınanılmalıdır. Amerika demokratiyasının hər zaman olduğu kimi zəfər qazanacağına şübhə etmirəm”, – deyə o bildirib.

O, əlavə edib ki, dünya üçün, İsrail üçün və şəxsən özü üçün Amerika demokratiyası hər zaman ilham mənbəyi olub.

Xatırladaq ki, çərşənbə günü Konqres qarşısında keçirilən etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like