İran Prezidenti Həsən Ruhani ABŞ-da Donald Tramp tərəfdarlarının Konqresin binasına hücumuna münasibət bildirib.

“Haber Global” məlumat verir ki, o, bu barədə yerli televiziyada danışıb.

“Dünən gecə və bu gün ABŞ-da gördüklərimiz Qərb demokratiyasının nə qədər zəif və uğursuz olduğunu, güclü bir təmələ sahib olmadığını göstərdi. Bu ölkələrdə elm və texnologiyanın inkişafına baxmayaraq, populizmin bir çox əsaslarının olduğunu gördük”, – deyə Ruhani bildirib.

O, ABŞ Prezidenti Trampı hadisələri təxribata çəkməkdə günahlandırıb və onun vəzifəsi müddətində ölkəsinə və dünyaya böyük ziyan vurduğunu qeyd edib.

Ruhani bildirib ki, iki həftə sonra Ağ Evdə vəzifəyə başlayanlar bunları kompensasiya etməli və ABŞ xalqını böyük bir millət olaraq gerçək mövqelərinə qaytarmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like