Təcrübəli gəmi kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Abşeron-19” gəmisinin təcrübəli kapitanı Tyurin Valeri Viktoroviç vəfat edib.

Tyurin Valeri Viktoroviç 30 oktyabr 1958-ci ildə Bakı şəhərində anadan olub. O, ömrünün böyük hissəsini dənizçiliyə həsr edib. Əmək fəaliyyətinə 1976-cı ildə “Xəzərdənizneftqazdonanma” İdarəsində III dərəcəli elektroqaz qaynaqçısı kimi başlayıb.

1981-ci ildə “PS-166” gəmisində matros-şagirdi olub. Sonrakı dövrlərdə “KIRJIM” gəmisində II dərəcəli matros, “Abşeron-12” və “MK-1184” gəmilərində I dərəcəli matros vəzifələrində işləyib. 1987-ci ildə “MK-1184”  kapitanın böyük köməkçisi kimi fəaliyyətə başlayıb. Yeddi il bu gəmidə çalışdıqdan sonra kapitan vəzifəsinə yüksəlib. Elə 1993-cü ildən ömrünün sonunadək “Abşeron-19” gəmisində kapitan olaraq çalışıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like