BANM-dan Oxu.Az-a bildiriblər ki, bu cür dərslər Rüfət Əzizov tərəfindən Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçilir.

O eyni zamanda, Kimya Mühəndisliyi ixtisası üzrə Magistratura pilləsində, eləcə də Layihələrin İdarəolunması Məktəbində də dərs deyir.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

11.24

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Oxu.Az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev nazir vəzifəsinə təyinat alana kimi institutunun direktoru vəzifəsində çalışıb.

Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Yaxın saatlarda Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like