Koronavirusun yeni ştammı 22 Avropa ölkəsində aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluge Kopenhagendə “Facebook” vasitəsilə yayımlanan brifinqdə açıqlayıb:

“Bütün viruslar kimi, COVID-19 virusu da zaman keçdikcə dəyişdi. SARS CoV-2-nin (VOC) daha təhlükəli variantının təsirləri ilə bağlı narahatlıqları anlayıram”.

O, qeyd edib ki, bu ştammın səbəb olduğu xəstəlik əhəmiyyətli dərəcədə dəyişməsə də, daha sürətli yayılır:

“SARS CoV-2 bütün yaş kateqoriyalarında qeydə alınıb. Uşaqlar yüksək risk qrupuna aid deyillər. Virusun yeni variantını Böyük Britaniyada və Danimarkada olduğu kimi zamanla başqa viruslar da əvəz edə bilər”.

ÜST-nin Avropa Regional Bürosunun məlumatına görə, 2020-ci ildə bölgənin 53 ölkəsində 26 milyon təsdiqlənmiş COVID-19-a yoluxma hadisəsi və virusdan 580 mindən çox ölüm qeydə alınıb. 2021-ci ilin əvvəlində Avropa regionunda 230 milyondan çox insan tamamilə təcrid olunmuş ölkələrdə yaşayır və bir sıra digər ölkələr gələn həftə yeni məhdudiyyətlər elan etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like