Yeni koronavirusun sürətlə yayılması səbəbiylə Tokyo, Kanaqava, Saytama və Tiba prefekturalarını əhatə edən və 37,2 milyon əhalisi olan Böyük Tokio paytaxt zonasında bir ay müddətinə fövqəladə vəziyyət elan ediləcək.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Yosihide Suqa bəyan edib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanvarın səkkizindən fevralın yeddisinə kimi iaşə müəssisələrinin iş saatlarını azaltma, yerli şirkətlərin işçilərini uzaqdan iş rejiminə keçirtmək və ictimai tədbirlərdə iştirak edənlərin sayını məhdudlaşdırmaq üçün çağırış edəcək.

Bundan başqa yerli sakinlərdən saat 20:00-dan sonra zərurət olmadan evlərini tərk etməmələri xahiş ediləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like