“2021-ci ildə Ordumuzun ötən il qazandığı uğurun təhlilindən ibarət olacaq. Bu təhlil nəticəsində Ordumuzun ştat strukturunda müəyyən dəyişikliklər edilməsi, yeni silah və sursatların əldə edilməsi, Türkiyə ilə müdafiə sahəsində, xüsusilə silah vasitələrinin istehsalında birgə müəssisələrin yaradılması gözlənilir”.

Bunu Oxu.Az-a hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib.

Hərbi ekspertin sözlərinə görə, aşağıdakı dəyişikliklər olacaq:

“Bu il siyasi müstəvidə Qazaxın yeddi, Naxçıvan və Gədəbəyin anklavda olan kəndləri ilə bağlı bəlli bir qərar qəbul ediləcək. 

Rusiya sülhməramlılarının Türkiyə hərbçiləri ilə birgə Monitorinq Mərkəzində daha məsuliyyətli olacağı gözlənilir. Bu il Laçın şəhərindən Xankəndiyə alternativ yolun açılması ilə Rusiya sülhməramlıları Laçın şəhərini boşalda bilər. 

Bu il Müdafiə Nazirliyinin işğaldan azad edilmiş rayonlarımızda Dövlət Sərhəd Xidməti ilə birgə dövlət sərhədinin müdafiəsi və mühafizəsi fəaliyyəti geniş vüsət alacaq. Yeni sərhəd dəstələrinin yaradılması, onların yerləşdirilməsi, qoşunların təminat və təchizatında müsbət dəyişiklik gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like