Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

CemilXalidoglu.Az-ın əldə etdiyi məlumata görə, ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir.

Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb.

Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi keçirdiyi “AGF Junior Trophy” turniri də baş tutacaq. Bu yarışlar Olimpiadaya lisenziya qazandırmayacaq.

Daha bir Dünya Kuboku 7-9 mayda Milli Gimnastika Arenasında keçiriləcək. Bu, bədii gimnastika üzrə olacaq.

IX aerobika gimnastikası üzrə dünya yaş qrupu müsabiqələri də Bakıda keçiriləcək. Bu, 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra olacaq (27-29 may).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like