Daha bir şəhid oğluna atasının adı qoyuldu

Vətən müharibəsi şəhidi, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanovun ilk övladı dünyaya gəlib.

Qafqazinfo xəbər verir ki, R.Qurbanov döyüşə gedərkən yoldaşı hamilə olub. Bir neçə gün əvvəl isə Bakıda klinikaların birində şəhidin oğlu dünyaya gəlib. Körpəyə atası Ruslanın adı qoyulub.

Ailəsi onu Biləsuvar rayonunun Ağalıkənd kəndinə aparıb.

Ruslan Qurbanov ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad edilməsi uğrunda” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like