“Son onilliklərdə iqlimdə istiləşmə gedir. Bu istiləşmə ölkə ərazisində qeyri-bərabər paylanır ”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, iqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı kəskin şəkildə azalıb:

“Bəzi bölgələrdə illik temperatur 1,4 dərəcə olub. Qışda şaxtalı günlərinin sayı azalırsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür.

Bu zaman yağıntıların da miqdarında azalma qeydə alınır. Bu da iqlim dəyişmələrinin təzahürləridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like