Qalınçaq kənd tam orta məktəbinin müəllimi Xəzri Muradovu öz söylədikləri ilə tanıyaq:Mənim düşüncəm hər zaman belədir:Müəllim 2+2=4 öyrədən yox,şagirdi arxasınca aparan deyil,yanında olub əlindən tutub zirvəyə qaldırandır.İlləri geridə qoymaq yaşamaq deyil.Yaşamaq Vətən,xalq millət üçün xeyirli bir insan olmaqdır.Dünya yaranandan neçə milyard insan doğuldu və öldü.Kimlər tarixdə qaldılar?Yalnız xalqı üçün yaşayanlar.Sinfə girəndə ayın sonunda alacağım məvacibi yox,şagirdimin gələcəyini düşünən müəllim oldum.Aldığım məvacibin müəyyən hissəsini isə şagirdlərimə kitab hədiyyə edərək özlüyümdə xoşbəxtlik tapdım. İlk dəfə müəllimliyə başlayanda yaradıcılığına pərəstiş etdiyim dahi şairimiz Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeiri sanki yenidən həyat amalıma çevrildi:…Mənim ürəyimi qanatsın gərək, Sənin dırnağına dəyən çırtma daş….Vətənin ünvanı,Vətənin adı Bizə xatırlatdı vəzifəmizi!…İnsan qüvvətlidir öz vətənində, Blirik,dünyaya biz niyə gəldik.Cəmiyyətim üçün bacardığım qədər daha xeyirli vətəndaş olmağı qarşıma məqsəd qoydum.Belə bir vətəndaş necə ola bilərdim?Sözlərdəmi,yoxsa əməldə?Əməldə bunu etmək üçün əlimdən gələni etməyə çalışdım. Düşünürdüm ki. müəllimlik kimi çətin və şərəfli peşənin öhdəsindən gələ bilmək mənim üçün əlçatmaz olar.Lakin buna cəhd etdim. Və ilk dəfə əlimə jurnal alıb sinfə girdiyim, müəllimliyə başladığım Ruşan kənd tam orta məktəbi və onun kollektivi mənə stimul verdi. (Buna görə onlara ömrüm boyu minnətdar olacağam).Müəllimliyə olan həvəsim birə-beş artdı. İlk dərslərdən hiss etdim ki, şagirdlərin çətinlik çəkməsinə səbəb mütaliə mədəniyyətlərinin aşağı, bunun nəticəsində söz ehtiyatlarının az olmasıdır. Bu da,istinasız olaraq, bütün dərslərə ciddi təsir göstərir. 2015-ci ildən bu missiyama başladım.İnsanlar arasında kitab oxuyanların az olması,bədii kitaba olan marağın azlığı məni narahat edən məsələlərdən idi.İlk əvvəl “İsmayıllı kitab klubu”nu yaratdım. Bundan sonra kitab yarmarkaları keçirməklə bu işi bir az da olsa,təmilləşdirməyi düşündüm.Hardan başlayacağımı düşünərək, ilk addımımı atdım ;2016-ci ilin yazında ilk kitab yarmarkamı keçirdim.Bu həm də regionlar içərisində ilk yarmarka idi.Bundan əvvəl yalnız Bakı şəhərində belə yarmarkalar keçirilmişdi.Büdcəm az olsa da,kitab nəşriyyatları ilə apardığım uzun danışıqlardan sonra onları inandıra bildim ki,kitabları nə qədər ucuz versələr,bir o qədər insanın kitaba həvəsi artar.Onlar da xeyli qabağa düşə bilərlər. Belə də oldu:kitabları yarı qiymətə alıb elə həmin qiymətə satmağımız, minlərlə kitabın oxunmasına səbəb oldu.Bundan sonra 2016-ci il 10 may tarixində daha bir kitab yarmarkası təşkil etdim.Bu dəfə təşkil etdiyim yarmarka Ordumuzun şanlı qələbələr qazandığı Aprel döyüşlərindən sonrakı vaxta təsadüf etdi.Şəhidlərimizi unutmayaraq bu yarmarkamızda 200-dən artıq kitabı onların ruhuna minnətdarlıq duyğusu ilə təmənnasız olaraq, insanlara payladıq.Cəmiyyətdəki canlanmanı hiss edərək,2017-ci ilin yazında daha bir yarmarka təşkil etdik və uğurlu alındı.O zaman İcra başçımız olmuş əsl ziyalı Mirdamət müəllimin bizə dəstəyi qəlbimizi sevinc hissi ilə doldurdu. 2016-ci ildə eyni zamanda abituriyent hazırlamağı da davam etdirirdim.Düşündüm ki,hər bir soydaşımızın şüurlu təhsil almasında əlimdən gələn köməyi etməliyəm.Yeni bir layihəyəyə başlamağı qərara aldım.İmkanı zəif olan ailələrin övladları üçün təmənnasız məşğələlər təşkil etdim.Bu işdə mənə yaxın həmkarım Şəhriyar müəllim də dəstək oldu.2017-ci ildən etibarən müəllimlik fəaliyyətimi Qalınçaq kənd tam orta məktəbində davam etdirdim.Bu məktəbdə ilk işim tarix müəllimi Orxan Əhmədovla birlikdə 2018-ci il fevralın 21-də “Təhsildə dəyərlər ilindən- keyfiyyət ilinə doğru” mövzunda elmi-praktik konfrans təşkil etmək oldu.Elə həmin il 2018-ci ilin may ayında Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir təşkil etdik.Tədbirimiz bir çox KİV-də işiqlandırıldı.2018-ci ilin noyabr ayında Azərbaycan Bayrağının 100 illiyini həsr olunmuş “100 illik bayraq” adlı möhtəşəm tədbir təşkil etdik.Məktəbdə növbəti layihəm mütaliə günü təşkil etmək oldu.Hər bir sinifdə ayın bir günü mütaliə günü kimi ayrıldı :ay ərzində oxuduğumuz bir kitabın müzakirəsini təşkil etdim.Beləliklə,şagirdlər arasında dünya və Azərbaycan ədəbiyyatına olan maraq birə-beş artdı.Bu həm də şagirdlərin nitq mədəniyyətlərinə, mənəviyyatlarına,dünyagörüşlərinə ciddi təsir etdi.2018-ci ilin dekabr ayında “Şaxta baba” layihəsini həyata keçirdim.Uşaqlar məktub yazır,şaxta baba isə onların arzularını yerinə yetirirdi.Beləliklə,şagirdlərin ora yazdığı bir çox arzunu aldığım məvacibin bir hissəsi ilə həyata keçirdim.Daha çox kitab istəyənlərə hədiyyə alıb göndərdim.Şagirdlər gördülər ki,daha çox kitab istəyənlərin hədiyyələri gəlir.Psixoloji olaraq gələcəkdə olan belə layihələrdə daha çox kitab istənildi.Bu da daha çox kitab oxunması və istəyimizin həyata keçirilməsinə stimulun başlanğıcı idi…. Bəziləri məni uşaqlıq düşüncələrimə görə qınayırlar.Ancaq bu mənim təbiətimdir. Düşünmürəm ki, bu yaşıma uyğundur,ya yox, çalışıram ki,özümü unudub insanların köməyinə tələsim.Bəzən soyuqdan üşüyən bir şagirdimin yerində özümü təsəvvür edib ona kömək etməyə,bəzən də ağlayan bir şagirdin göz yaşlarına şərik olmağa çalışıram. Uşaqları daha çox həvəsləndirmək üçün növbəti layihəm məktəbin hər pilləsinə dahilərdən sitat gətirərək elm ,əxlaq , mərifət,ədəb öyrənməyə sövq edən bir aforizmlə bəzəmək oldu.Bu isə şagirdlərimizin oxumağa marağını əhəmiyyətli dərəcədə artırdı. Mən hər an“Müəllim əsərinin üzərində imzası olmayan şəxsdir,“-ifadəsini gerçəyə çevirməyə çalışan pedaqoq olmağı düşünürəm. 2018-ci il həm də iş həyatımda uğurlu oldu,Dövlət İmtahan Mərkəzində marker kimi işə başladım və hal-hazırda orada işimə davam edirəm.2018-ci ildə daha bir layihəm məktəbin tanıtımı ilə bağlı oldu.6 ay ərzində müxtəlif fəsillərdə məktəbin videoformatda tanıtımını ərsəyə gətirdim.Həmin videonu yutub kanalımda izləyə bilərsiniz.2019-cu ildə Şəki şəhərində keçirilən “Regionlar kuboku” intellektual yarışında müəllim yoldaşlarımla birgə ikinci yerlə mükafatlandırıldıq.2019-cu ildə Təhsil Nazirimizlə görüşüm məni daha çox işləməyə ruhlandırdı.”Müəllim Günü” layihəmizi həyata keçirdim.Bu layihədə məktəb şagirdləri fəal iştirak etdilər.Videoformatda olan həmin layihəni yutub kanalımda izləyə bilərsiniz.Müəllim işlədiyim ilk illərdən daim özümün yox,şagirdin maraqlarını üstün tutmağı düşündüm.”Əgər biz bu cəmiyyətdə yaşayıırıqsa,daim insanlara əlimizdən gələn qədər dəstək olmalıyıq,”- deyə düşünürəm.Hər il əlimdən gələn qədər şagirdlərə kömək etməyə çalışıram.Növbəti layihəm isə telefonu olmayan, onlayn dərsə qoşula bilməyən, maddi cəhətdən zəif valideynləri olan şagirdlərim üçün bu imkanı yaratmaqdır.Təbii ki,müəllim yoldaşlarım ilə bunu bacaracağam.2020-ci ildə növbəti layihəmi məktəbimizin tarix müəllimi Orxan Əhmədovla həyata keçirtdik.Mənəvi Dəyərlər Fondunun təşkil etdiyi “Tarixin şahidləri”adlımüsbiqəyə qatıldıq.”Cavanşir qalası” adlı videotəqdimatımız uğurlu oldu.Ölkə üzrə təqdim olunan 80-dən çox layihə içərisində 4-cü yerlə mükafatlandırıldıq.Hal-hazırda həmin videonu yutub kanalımızda izləyə bilərsiniz.2020-ci il Ölkəmiz üçün əlamətdar bir il oldu.Ali Baş Komandanın rəhbərliyi,Cəsur oğullarımızın igidliyi sayəsində 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.Bu müharibə itkisiz ötüşmədi.Vətənin neçə-çeçə igidi şəhid oldu,yaralandı,qazi oldu.Bu tarixi bizə yaşatdığı üçün Şanlı Ordumuz qarşısında baş əyirik.Bir ömür onların borcunu ödəyə bilmərik.Az da olsa,bu əziyyəti ödəmək üçün yeni bir iş həyata keçirirəm.Düşündüm ki,abituriyent hazırlığı ilə şəhid və qazi ailələri üçün təmənnasız məşğələlər təşkil etməliyəm və etdim.Bu təkcə onların övladları üçün deyil,bütün ailə üzvlərinə aiddir.Düzdür,onların borcu ödənməzdir,lakin “az da olsa,nəsə edim.” – deyə düşündüm.Və bu işimi bir ömür davam etdirəcəyəm.Lazım olsa,gedib hər birinin olduğu ünvanda dərsimi keçəcəyəm,yetər ki,onların gözü arxada qalmasın.Bu müharibədə işlədiyim Qalınçaq kəndinin də şəhidləri oldu.Nəcəfov Fuad və Rəcəbalıyev Tural mənfur düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldular.Onların xatirəsini əbədi yaşatmağı özümə borc bildim.Bunun üçün məktəbdə onların və Birinci Qarabağ döyüşçülərinin xatirəsini əbədiləşdirəcək iki xatirə lövhəsi hazırladım.Bu gün də həmin lövhələrin qarşısından keçərkən hər birimiz qürur hissi duyur,şəhidlərimizi rəhmətlə anırıq. Həyata keçirəcək arzularım sonsuzdur. Bundan sonrakı fəaliyyətimdə də daim şagirdlərim üçün yaşayacağam.Mənim üçün xoşbəxtlik şagirdimin səsidir.Bu sonsuzluq içərisində məni işıqlı aləmə səsləyən gözəl bir ‘nəğmə’ var: şagirdlərimin səsi.Əminəm ki, bu sehirli səslərin əbədi olmasında, saysız-hesabsız arzularımın həyata keçirilməsində doğma kollektivim və onun ata qayğılı rəhbəri Xalid müəllim Seyidov həmişəki kimi mənimlə birgə olacaqdır.Bu sonsuzluq içərisində məni işıqlı aləmə səsləyən gözəl bir ‘nəğmə’ var: şagirdlərimin səsi.Əminəm ki, bu sehirli səslərin əbədi olmasında, saysız-hesabsız arzularımın həyata keçirilməsində doğma kollektivim və onun ata qayğılı rəhbəri Xalid müəllim Seyidov həmişəki kimi mənimlə birgə olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like