Bu barədə “RİA Novosti” xəbər yayıb.

İstifadəçi müqaviləsinin mətnində deyilir ki, “Faсebook” korporasiyasının bir hissəsi olan “WhatsApp”, vərdişlərini və zövqlərini təhlil etmək üçün istifadəçi haqqında lazımi məlumatları şirkətin bütün “tətbiqetmə ailəsi” ilə bölüşəcək.

“WhatsApp” tərtibatçıları, fərdi reklamı istifadəçi istəklərinə uyğunlaşdırmaq və xidmətləri yaxşılaşdırmaq, həmçinin, müştəri üçün ən uyğun olan məzmunu təklif etmək üçün şirkətin bu məlumatlara ehtiyacı olduğunu izah edir.

Tərtibatçılar əmindirlər ki, sosial şəbəkələrin qarşılıqlı inteqrasiyası istifadəçilər üçün imkanları genişləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like