“Report”un Muğan bürosunun məlumatına görə, Xızır Şahhüseynov və Xəzər Şahhüseynov qardaşlarının qayıdışı rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, qardaşlardan biri – Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb. Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını bildiriblər. Xızır Şahhüseynov və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, gələcəkdə də lazım gəlsə, yenidən əllərinə silaha sarılmağa hazırdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like