Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizlənmə işləri davam edir.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin tələ qurduğu minalı ərazilər Azərbaycan Ordusu tərəfindən təmizlənir:

“Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək olmaq üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə mina təmizlənməsi təlimləri keçən “mehmetçiklərimiz” işğaldan azad edilmiş Qarabağda da mina təmizləmə fəaliyyətlərini davam etdirirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like