Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Aviasiya marşalı M.A.Xan öz növbəsində Pakistan HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsindən məmnun olduğunu bildirərək bu fəaliyyətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələlərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like