Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub.

Qeyd edək ki, rayon prokurorluğunun müstəntiqi vəzifəsi prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna görə ən sonuncu – 9-cu təsnifat hesab olunur.

Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.

Qeyd edək ki, ilk xəbəri unikal.org saytı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like