TASS agentliyi xəbər verir ki, bu fikri Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski səsləndirib.

“Dağlıq Qarabağ nizamlanmasına dair Moskvada keçirilmiş üçtərəfli görüşün nəticələri bölgədəki hərbi əməliyyatların dayandırılması üçün ötən il 9 noyabrda əldə edilmiş nəticələri möhkəmləndirir. Yeni razılaşmalar bütün infrastrukturu bərpa etməyə və mülki şəxslərin həyatını yaxşılaşdırmağa addım-addım imkan verəcək”, – deyə L.Slutski vurğulayıb.

Onun sözlərinə görə, 30 ildir davam edən Dağlıq Qarabağdakı münaqişə indi getdikcə daha çox tarixə çevrilir və bu torpaqlara dayanıqlı sülh gətirir.

“Bunda effektiv vasitəçi kimi Rusiyanın böyük rolu var. Bu həqiqəti həm Azərbaycan, həm də Ermənistan tərəfi qəbul edir”, – L.Slutski söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like