Milli Məclisdə koronavirus infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi gözlənilir.

CemilXalidoglu.Az-ın əldə etdiyi məlumata əsasən, bu barədə parlamentin Səhiyyə komitəsinin 2021-ci il üçün yaz sessiyasının iş planında bildirilir.

Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı  normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq ilə bağlı, ürək-damar sistemi xəstəliklərinə dair dinləmələrin keçirilməsi məsələsi iş planına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like