Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hal-hazırda da keçirilməsi davam etdirilir. Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan hissəsində 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən yolun bəzi hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hal-hazırda zəif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Giləzi-Xızı yolunda gecə saatlarında güclü qar yağıb və şaxta qeydə alınıb. Hazırda 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizlənib, duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like