Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngi, hər iki silaha məxsus 39 ədəd patron, eləcə də ovladıqları çöl quşları götürülüb.

Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.

Hər üç şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like