Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda yad edilib

Tarixi düşmənlərimiz olan ermənilərin yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar pandemiya qaydaları gözlənilməklə rayonun bütün idarə və təşkilatlarında müxtəlif məzmunlu onlayn konfranslar, görüşlər silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilib. Xocalıdan olan məcburi köçkünlər evlərində ziyarət olunub.

Gün ərzində “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli şəkildə mövcud karantin qaydalarının tələbinə uyğun olaraq həyata keçirilmişdir. Kəndlərdə şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Saat 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində xalqımızın igid oğulları tərəfindən Şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilmişdir.

Prezident İlham Əliyevinin qeyd etdiyi kimi “Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like