Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

Fransanın nüfuzlu “Atlantico” portalında Ağdam şəhərindən reportaj dərc edilib.

Reportajın müəllifi Yaxın Şərq üzrə ekspert, siyasi elmlər doktoru Sebastyan Bussuadır.

O, bu yaxınlarda şəhər xarabalıqlarını ziyarət edib və erməni vandalizmini öz gözləri ilə görüb. Araşdırmaçının sözlərinə görə, vaxtilə mədəniyyət mərkəzi olan Ağdam indi ruhlar şəhərini xatırladır.

“Qarabağın Ağdam şəhəri Bakıdan 360 km məsafədə yerləşir. Bu şəhər təkcə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla sona çatan 44 günlük hərbi əməliyyatların deyil, bütövlükdə otuz illik müharibənin simvoludur.

Ağdam 1993-cü ildə, yəni ilk Qarabağ münaqişəsi vaxtı, bölgədəki bir çox digər şəhərlər kimi, daha böyük bir Ermənistan arzusunu reallaşdırmaq istəyən erməni separatçı hökuməti və ordusu tərəfindən işğal olunub.

800.000 azərbaycanlı müharibə nəticəsində qaçqın və ya məcburi köçkün düşüb, öz evlərindən qovulub. Ağdamın işğalı heç də gələcəkdə burada erməni əhalisinin yerləşdirilməsi məqsədilə deyil, əksinə əvvəllər burada yaşayan azərbaycanlıların bütün izlərinin silinməsi məqsədilə həyata keçirilib. Sovet İmperiyasının çöküşü yeni millətçi iştahların artmasına səbəb olub və bunun nəticəsi olaraq,  Ağdam bölgədəki ənənəvi çoxmədəniyyətli şəhərlərdən biri kimi tarix səhnəsindən silinib”, – deyə müəllif bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like