Gəncədə 53 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1968-ci il təvəllüdlü İlqar Hüseynov əlinin, ayağının və qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

53 yaşlı kişi dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like