53 yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Gəncə şəhər sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Trend-in məlumatına görə, Gəncə şəhəri, F.Xoyski küçəsi ev 33-də yaşayan, 1968-ci il təvəllüdlü Hüseynov İlqar Tofiq oğlu gecə saatlarında qarın nahiyəsinin kəslimiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub.

Komatoz vəziyyətdə olan yaralı hadisə barədə məlumat verə bilməyib. Qohumlarının dediyinə görə, İ.Hüseynov keçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like