“Müharibədə bir gözümdən yaralandım. “YAŞAT” Fondu mənə müraciət etdi ki, İsraildən göz xəstəlikləri üzrə ixtisaslaşmış həkimlər gələcək və məni müayinə edəcəklər”

Bu sözləri 44 günlük vətən müharibəsinin qazısı Rauf Qasımov deyib.

O bildirib ki, Zərifə Əliyeva adına xəstəxanaya gələndən sonra həkimlər onu müayinə etdilər və plastik göz qoymağı məsləhət bildiblər. O isə bu fikirlə razılaşıb. 

“Hazırda plastik gözlə adi göz arasında heç bir fərq yoxdur. Əvvəl gözüm formasını itirmişdi, indi hər şey qaydasındadır. Hətta daha yaxşıdır”, – deyə qazi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like