Şəmkir su anbarında reyd: Sintetik torlar aşkarlandı – FOTO
Şəmkir su anbarında qanunsuz balıq ovu ilə bağlı reyd keçirilib
.

CemilXalidoglu.Az-ın məlumatına görə, tədbir Azərbaycan Balıqçılar İttifaqı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə həyata keçirilib.

Reyd zamanı qanunsuz balıq ovunda istifadə edilən sintetik torlar aşkar edilərək, su anbarından çıxarılıb və sübut kimi götürülüb.

Azərbaycan Balıqçılar İttifaqından verilən məlumata görə, bu kimi tədbirlər davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like