İl ərzində subsidiyanı istifadə etməyən fermerlər növbəti il bu vəsaiti almayacaq

Prezident İlham Əliyevin fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Belə ki, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Verilən subsidiya vəsaiti isə 2 il ərzində istifadə edilmədikdə bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Sonrakı 3 ay ərzində də istifadə edilməzsə, növbəti il üçün fermerə subsidiya ödənilməyəcək.

Xatırladaq ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 2019-cu il iyunun 27-də təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like