İsmayıllıda Polislər Şəhid ailələrini ziyarət edib

İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Şöbənin əməkdaşları ilk öncə Şəhidlər Xiyabanı ziyarət edərək şəhidlər yad edib, güllər düzüb və dualar oxuyublar. Daha sonra torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkilib, onların qayğıları ilə maraqlanılıb.

Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb, ailələrə bayram sovqatları təqdim edilib.

Şəhidlərin ailə üzvləri daimi diqqətə görə ölkə rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like