Bakıda ağır qəza: Bir nəfər xəstəxanalıq oldu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Hadisə zamanı sərnişin, 1978-ci il təvəllüdlü Əliyev Zaur İbrahim oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like