Acınohurda ov edən əcnəbilərə cərimələr tam ödətdirilib

“Acınohur ərazisində qanunsuz ov edən üç əcnəbi turist “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən 4 min manat civarında cərimə edilib”.

CemilXalidoglu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, əcnəbilərə cərimələr tam şəkildə ödətdirilib:

“Qanunsuz ov edən Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi, eyni zamanda, bir baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə dörd baş bildirçini ovladığına görə Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib. Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. Cərimə həmin əcnəbilərə tam ödətdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like