Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı

Ağdaş və Qəbələ rayonlarında fəaliyyət göstərən üç məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

CemilXalidoglu.Az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Qəbələ rayon 3 nömrəli orta məktəbdə dərslər distant formada davam etdiriləcək. 

Eyni zamanda, Ağdaş şəhər S.Vurgun adına 1 və 5 saylı orta məktəbdə dərslər dayandırılıb.
Dərslər iki həftə distant formada davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like