“Azəriqaz” İstehsalat Birliyi Bağırov Ramil İxtiyar oğlu və Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri ilə bağlı açıqlama verib.

“Azəriqaz” rüşvət alan işçilərilə bağlı açıqlama verdi: “Əməkdaşlarımıza ödəniş etməyin!”
“Azəriqaz” İstehsalat Birliyi Bağırov Ramil İxtiyar oğlu və Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-a verilən açıqlamada deyilir ki, birliyin əməkdaşlarına heç bir halda ödəniş etməyin.

Bildirilir ki, adları çəkilən şəxslər barəsində daxil olmuş müraciətlər üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

Həmçinin birlikdən əlavə edilib ki, Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər Texniki İstismar Xidmətinin operatoru Mətləb Niyazi oğlu Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb.

M.Kərimov müalicə almasına baxmayaraq BRQİD-nin xidməti ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni yerini dəyişdirib və departamentin normal iş fəaliyyətinin təşkil olunmasına maneçilik törədib. Eyni zamanda onun bu hərəkəti istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına səbəb olub.

Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də 30 aprel 2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə M.Kərimov tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilmədiyi əsas gətirilərək bu barədə həmin klinikaya rəsmi məktub göndərilib.

Qeyd edilib ki, Mətləb Niyazi oğlu Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz əməlləri barədə 21 aprel 2020-ci il tarixində Daxili İşlər Nazirliyi, Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də ünvanlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like