DİN-də yeni TƏYİNAT

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

CemilXalidoglu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like