İsmayıllıda maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər İsmayıllı rayonunda da davam etdirilir.

Bu gün İsmayıllı şəhəri ərazisində İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin, İsmayıllı bələdiyyəsinin , İsmayıllı Rayon Gənclər və Idman idarəsinin əməkdaşları tərəfindən COVİD-19 pandemiyasının qarşısının alınması üçün aparılan vaksinasiya ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara bu işdə məsuliyyətli davranmaları və peyvənd olunmaları tövsiyə edilib. Peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş izahat işləri aparılıb. Həmçinin aksiya zamanı əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara 1000-ə yaxın pulsuz tibbi maskalar paylanılmış, sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılmışdır.

#İsmayıllı #icra #pandemiya #sağlamlıq #Covid19 #maarifləndirmə #tibbimaska #vaksinasiya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like