Rayonda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir

Mövcud pandemiya qaydalarına əməl olunmaqla vətəndaşlar İsmayıllı Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi tərəfindən növbəti dəfə qəbul edilmişdir. 04.05.2021-ci il tarixində keçirilən qəbul zamanı rayon sakinləri icra başçısına müraciətlərini bildirmişdir. Onlara müraciətləri ilə bağlı qanunamüvafiq izahat verilmişdir. Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların problemləri dinlənilmiş, həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verilmişdir.

Qəbulda iştirak edən vətəndaşlar arasında əlil, qazi və şəhid ailələrinin üzvləri də olmuşdur. İcra başçısı istər Vətən müharibəsi zamanı, istərsə də müharibədən sonra şəhid ailələrini, qaziləri və birinci Qarabağ müharibəsi iştirakçılarını daim diqqətdə saxlamış, problemləri ilə mütəmadi maraqlanmış, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşmışdır.

#Azərbaycan #Azerbaycan #ismayilli #İsmayıllı #icra #RİH #Vətəndaşlarınqəbulu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like