Şəhid ataları mükafatlandırıldı

ATİAHİ İsmayıllı Komitəsinin xətti ilə təhsil şöbəsində çalışıb fərqlənən və həmkarlar ittifaqı işində fəallıq göstərən təhsil işçilərinin mükafatlandırılması davam etdirilir.

Vətən müharibəsində şəhid olmuş Ülvi Müseyibovun atası Şakir Müseyibov Xəlilli kənd tam orta məktəbində müəllim eyni zamanda məktəb həmkarlar ittifaqı təşkilatının sədri və şəhid Fərid Əliyevin atası Hamlet Əliyev Kürdmaşı kənd tam orta məktəbin müəllimi, məktəb həmkarlar təşkilatının sədri ATİAHİ Respublika Komitəsinin 01 mart 2021-ci il tarixli 28 nömrəli Rəyasət Heyətinin qərarı ilə “ATİAHİ RK-nin 100 illik yubiley medalı” ilə təltif ediliblər.

Yubiley medalı ATİAHİ ismayıllı komitəsinin sədri Hafiz Kərimov tərəfindən şəhid atalarına təqdim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like