İsmayıllıda vətəndaş qəbulları davam etdirilir

Mövcud pandemiya qaydalarına əməl edilərək vətəndaşların RİH başçısı aparatında icra başçısı tərəfindən növbəti dəfə qəbulu təşkil edilmişdir.

07.05.2021-ci il tarixində keçirilən qəbul zamanı sakinlər rayon rəhbərinə müraciətlərini bildirmişdir. Vətəndaşlara müraciətləri ilə bağlı qanunauyğun izahatlar verilmişdir. Qəbul zamanı icra başçısı vətəndaşların mövcud problemlərini dinləmiş, həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar vermişdir.

Vətəndaş qəbulu artıq gündəlik olaraq təşkil olunur. Bu qəbularda birinci və ikinci Qarabağ müharibəsi zamanı, eləcə də atəşkəs dövründə əlil, qazi və şəhid olmuş şəxslərin ailə üzvləri də iştirak edir. Rayon rəhbəri şəhid ailələrinin, qazilərin və hər iki müharibə iştirakçılarının problemləri ilə mütəmadi olaraq maraqlanır, onların müraciətlərinə xüsusi diqqətlə yanaşır.

#Azərbaycan #Azerbaycan #ismayilli #İsmayıllı #icra #RİH #Vətəndaşlarınqəbulu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like