İsmayıllıda 28 May Respublika gününə həsr olunmuş tədbir keçirilib

Dövlətçilik tarixmizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə mayın 28-də İsmayıllı rayonunda tədbir keçirilib. Tədbir şəhərin Mərkəzi meydanında pandemiya qaydalarına uyğun olaraq təşkil olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları iştirak edib.

Bayram münasibətilə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirakçıları təbirik edib, sovet imperiyasının hərbi müdaxiləsi ilə süqut edən və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə rəsm müsabiqəsi iştirakçılarının əl işlərinə baxış keçirilib.

Daha sonra qonaqlara şəhər 1 saylı tam orta məktəbin təşkil etdiyi kompozisiya təqdim olunub.

#Azərbaycan#İsmayıllı#Azerbaycan#ismayilli#Respublikagünü#BizBirlikdəGüclüyük

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like