Mərkəzimizdə ilk dəfə olaraq “Könüldən yaşa” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində “Sərhədsiz GəncliyimİZ” layihəsindən tanıdığımız əlilliyi olan gənc Anarə Ağasəlimova mərkəzimizə dəvət olunub.

Anarə mərkəzlə tanış olub, ona fəaliyyətlərimiz haqqında məlumat verilib.

Daha sonra təcrübəçi könüllümüz Aqil Zərbiyev ona “3D Oriqami” fiqurlarının hazırlanmasını öyrədib. Sonda Anarə mərkəzimizə üzv kimi qeydiyyatdan keçib.

“Könüldən yaşa” layihəsi çərçivəsində Anarə kimi gənclərin mərkəzə dəvət olunaraq digər gənclərə adaptasiyasını təşkil etmək məqsədilə inklüziv icma yaradılacaq.

#AzGF #GİKM #İsmayıllıGİKM #İsmayıllıGəncləri #BirliyimİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like