Artıq ənənə halını almış Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.

2020-2021-ci tədris ilində RFO-nun Respublika final mərhələsinə vəsiqə qazanmış rayonumuzun 10 şagirdinin 4 nəfəri qalib gəlmişdir:

  1. Səfərli Əbülfəz -X sinif, Lahıc məktəbi, 2-ci yer, coğrafiya fənni üzrə
  2. Qayıbov Amin IX sinif, Cülyan kənd tam orta məktəbi, 2-ci yer,coğrafiya fənni üzrə
  3. Tağıyev Ağaxan, IX sinif, şəhər 2 nömrəli tam orta məktəbi,3-cü yer, coğragiya fənni üzrə
  4. Xasıyev Rəvan VIII sinif, Ruşan kənd tam orta məktəbi, 3-cü yer, tarix fənni üzrə

RFO- nun final mərhələsinin qaliblərini təbrik edir, istefadlı şagirdlərlə iş aparan fədakar müəllim və məktəb rəhbərlərinə RTŞ-nin rəhbərliyi və əməkdaşları adından dərin təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may also like